İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin (EPC) 3-cü iclasında iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə sistemi ilə bağlı yardım istəyini təkrarlayıb.
Belə ki, Zelenski Qranadadakı EPC iclas zalının girişində jurnalistlərə qısa açıqlama verərək deyib:
"Bizi çox çətin qış gözləyir. Qış boyu Rusiyadan çoxlu hücumlara məruz qalacağıq. Rusiya Avropa qitəsi üçün təhlükə olacaq. Ona görə də bizə mümkün qədər çox hava hücumundan müdafiə sistemi və raket lazımdır".
Qeyd edək ki, Ukrayna prezidenti ABŞ-ın daxili siyasətində baş verən proseslərlə bağlı sualı da cavablandırıb: "ABŞ prezidenti (Co) Baydenlə görüşümdə o, bizi 100 faiz dəstəklədiyini söylədi. Konqresdə hər iki tərəf də bizi dəstəkləyir. Amma seçki dövrlərinin həmişə çətin olduğunu bilirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.