Niderland 1 yanvar 2024-cü il tarixindən etibarən NATO-nun İraqdakı missiyasına daha çox hərbi qulluqçu göndərmək qərarına gəlib.
Belə ki, bu barədə ABŞ-nin “Defense Post” qəzeti Niderlandın təhlükəsizlik mənbələrinə istinadən bildirib.
Qeyd olunur ki, Niderland NATO-nun İraqdakı missiyasına göndərəcəyini açıqladığı təxminən 145 hərbi qulluqçudan ibarət piyada birliyini 1 yanvar 2024-cü il tarixindən etibarən yerləşdirəcək.
Niderland hökuməti həmçinin İraqda davam edən NATO missiyasına üç “Chinook” nəqliyyat helikopteri yerləşdirəcək.
NATO bildirir ki, İraqdakı qeyri-döyüş missiyasının məqsədi İraqın təhlükəsizlik qurumlarını və qüvvələrini gücləndirməklə, İŞİD-in geri qayıtmasının qarşısını almaq, terrorla mübarizə və ölkədə sabitliyi təmin etməkdir.ordu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.