Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının sessiyasında Fələstindəki insan haqlarının vəziyyəti müzakirə edilib.
Sessiyada iştirak edən Fələstin rəsmiləri İsrailin 1967-ci ildən bəri işğalçılıq təcrübələrini və beynəlxalq hüququ pozduğunu vurğulayıblar.
Sessiya zamanı bu il 248 nəfərin israillilər tərəfindən öldürüldüyü, jurnalistlərin və səhiyyə işçilərinin hədəf alındığı vurğulanıb.
Bildirilib ki, bir çox inzibati həbs qərarları verilib.
Beynəlxalq ictimaiyyətə İsrail işğalının sona çatması üçün tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməyə çağırış edilib. İsrail tərəfi sessiyada iştirak etməyib.
Fələstinin Qüds İşləri üzrə Nazirliyi də İsrailin Əqsa məscidinə qarşı təxribatlarına qarşı “təcili beynəlxalq müdaxilə” ilə çağırış edib.
Nazirlik fanatik yəhudi köçkünlərin Əqsa məscidinə qarşı təxribatlarının dayandırılmasını tələb edib.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.