AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilərin Qarabağdan çıxardığı sərvət oğurlandı

  • + A
  • - A
  • 6-10-2023, 15:18

    Ermənilərin Qarabağdan çıxardığı sərvət oğurlandı

    Qarabağın işğalı dövründə burada fəaliyyət göstərən və artıq məhv olmuş “artsaxbank”ın Xocavənd filialındakı pullar və zinət əşyaları oğurlanıb.

    AzadMedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, İrəvan sakini olan bank rəhbəri Aram bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyinə şikayət edib.

    Aram bildirib ki, bu barədə Xocavənd filialının müdiri ona məlumat verib. Belə ki, filial müdiri sentyabrın 22-dən etibarən ermənilərin Qarabağı tərk etməyə başlayacağını öyrənib və buna görə bankdakı qızılları, digər zinət əşyalarını, pulları götürərək öz maşınına qoyub.

    O, səhər Ermənistana yola düşməyi planlaşdırıb, lakin naməlum şəxslər gecə vaxtı maşının şüşələrini sındıraraq 60 milyon dram və 100 kisə qızıl-zinət əşyasını oğurlayıblar.

    Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi idarəsi sənədlər hazırlayıb və İstintaq Komitəsinə təhvil verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR