Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkənin müdafiə naziri Sebastyan Lekornuya Parisin Ermənistana hərbi yardım göstərmək imkanlarını qiymətləndirməyi tapşırdığını təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə “France İnfo” məlumat yayıb. Belə ki, “İrəvanla dialoq aparırıq ki, onun silaha olan ehtiyaclarını müəyyənləşdirək”, - deyə Ketrin Kolonna bildirib.
Qeyd edək ki, Kolonna hansı silahların və hansı vaxt çərçivəsində verilə biləcəyini açıqlamayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.