Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı tədbirin bağlanış mərasimində İtaliyaya təhvil verilib.
Azadmedia.az xəbər verr ki, bayrağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov təqdim edib.
Qeyd edək ki, növbəti Konqres 2024-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək. Bununla bağlı sənədləri Beynəlxalq Astronavtika Federasiyanın və İtaliyanın Kosmik Agentliyinin rəhbərliyi imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.