Rusiya səfiri Avstriya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
Belə ki, səfirin Rusiyanın Xarkov vilayətində kafeyə raket hücumu ilə bağlı XİN-ə çağırıldığı bildirilib.
Həmçinin "Mülki əhaliyə qarşı hücumlar hərbi cinayətdir. Məsul şəxslər cavab verməlidir", - deyə XİN-dən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda kafeyə raket zərbəsi endirib. Hücum nəticəsində 55 mülki şəxs həyatını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.