Türkiyə ilə Rumıniya arasında hərbi çərçivə sazişi imzalanıb.
Azadmedia.az xəbər verir ki, həmin məlumata əsasən, sazişi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Rumıniyanın müdafiə naziri Angel Tilvar imzalayıblar.
Belə ki, nazir Yaşar Gülər Ankaraya səfər edən Rumıniya müdafiə naziri Angel Tilvarı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.
Həmçinin mərasimdən sonra nazirlər arasında təkbətək görüş olub. Nazirlər daha sonra nümayəndə heyətləri arasındakı görüşlərə sədrlik ediblər.
Qeyd edək ki, görüşdən sonra Türkiyə ilə Rumıniya arasında hərbi çərçivə sazişi imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.