AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Müdafiə Qüvvələri kütləvi raket atəşi fonunda müharibə hazırlığı vəziyyəti elan etdi - Son dəqiqə

  • + A
  • - A
  • 7-10-2023, 10:20

    İsrail Müdafiə Qüvvələri kütləvi raket atəşi fonunda müharibə hazırlığı vəziyyəti elan etdi -


    İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda müharibə hazırlığı vəziyyəti elan edib.

    Azadmedia.az xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Belə ki, “İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir. Bundan əlavə, ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.

    Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR