HƏMAS Aşkelondakı Rutenberq elektrik stansiyasına raket zərbəsi endirib
HƏMAS yaraqlıları İsraildə elektrik stansiyasına hücum ediblər. Azadmedia.az xəbər verir ki, bu barədə The Clash Report xəbər verir.
"İsrailin ikinci ən böyük elektrik stansiyası olan Rutenberq elektrik stansiyası Aşkelonda Aralıq dənizi sahilində raket atəşinə məruz qalıb", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Həmas yaraqlıları İsraillə həmsərhəd şəhərlərə, eləcə də Təl-Əvivin ərazilərinə raket zərbələri endirib.
HƏMAS-ın hərbi qanadı bildirib ki, İsrail ərazisində keçirilən əməliyyat zamanı 35-ə yaxın İsrail əsgəri və mühacirlər əsir götürülüb.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, HƏMAS-ın hücumu başlayandan bəri 545 nəfər xəstəxanaya yerləşdirilib, azı 22 nəfər ölüb, The Times of Israel xəbər verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.