Rusiya lideri Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. Azadmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışıqları zamanı ikitərəfli gündəlikdəki cari məsələlərə, eləcə də regional məsələlərə toxunulub. Xüsusilə, İlham Əliyev və Nikol Paşinyanla söhbətlərdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.