AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Cənubi Kıbrıs Rum Administrasiyasına rus diplomatın yaralanması ilə bağlı nota verdi - Qərb kəşfiyyatından şübhə var

  • + A
  • - A
  • 8-10-2023, 09:21

    Rusiya Cənubi Kıbrıs Rum Administrasiyasına rus diplomatın yaralanması ilə bağlı nota verdi -

    Rusiya Cənubi Kıbrıs Rum (Yunan) Administrasiyasına (GCASC) rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı nota göndərib.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Kıbrıs Rum Administrasiyasının Rusiyadakı səfiri Kipros Yorqalisin nazirliyə çağırıldığı bildirilib. Belə ki, həmin açıqlamaya görə, Rusiyanın notası “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kıbrıs Rum Administrasiyasında saxlanılması və Rum Səfirliyi üçün işləyən diplomatın təhlükəsizlik qüvvələri tərəfindən yaralanması səbəbindən Yorqalisə çatdırılıb. Həmçinin Yorqalisə bildirilib ki, rusiyalı jurnalistin dərhal azadlığa buraxılması və hadisə ilə bağlı rəsmi üzr istənilməsi gözlənilir.

    Qeyd edək ki, “Bu təxribatın təşkilində Qərb kəşfiyyat orqanlarının əli olduğunu düşünmək üçün əsaslar var”, - bəyanatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR