Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.
Bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.
Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.
xxx
16:26 (07.10.2023)
Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində 14 nəfər ölüb.
Bunu Herat vilayətinin ictimai səhiyyə departamentinin direktoru Məhəmməd Taleb Şəhid deyib.
Onun sözlərinə görə, Əfqanıstanın qərbindəki Herat əyalətində baş verən 6,3 maqnitudalı zəlzələ nəticəsində 78 nəfər yaralanıb.
***11:29
Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələ İranın Rəzəvi Xorasan vilayətinin Məşhəd və digər şəhərlərində də hiss edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.