AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan nüfuzlu beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirir

  • + A
  • - A
  • 8-10-2023, 13:04

    Azərbaycan nüfuzlu beynəlxalq tədbirləri  ən yüksək səviyyədə keçirir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi əlamətdar hadisə kimi yadda qalmışdır. Bu tədbirin miqyasını xarakterizə etmək üçün nəzərə alınmalıdır ki, Konqresə 100 ölkədən 5000-cox iştirakçı qatılmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan on il bundan əvvəl beynəlxalq kosmik ailənin üzvü olmuşdur. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir, üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
    Həmçinin qeyd etmək lazımdır ki, bu cür beynəlxalq forumlar Azərbaycanın bir çox əhəmiyyətli məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlverişli imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında regionda baş verən bir sıra mühüm hadisələrə münasibət bildirmişdir. Dövlət Başçısı xüsusi olaraq qeyd etmişdir ki, 30 ilə yaxın bir müddətdə davam edən işğala Azərbaycan son qoymuşdur, özünün ərazi bütövlüyü və suverenliyini tam bərpa etmişdir. Uzun müddət ərzində danışıqlar prosesinə qəti surətdə sadiq qalan ölkəmiz tarixə qovusan münaqişəni diplomatik üsullarla həll etməyə çalışırdı. Ancaq təcavüzkar Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyi, ardı-arası kəsilməyən təxribatları, beynəlxalq təşkilatların fəaliyyətsizliyi buna imkan vermədi. Belə olan halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququndan istifadə edərək, işğala son qoydu. Nəticədə ölkəmizin Böyük Zəfəri Cənubi Qafqazda yaşayan bütün xalqların maraqlarına cavab verən əməkdaşlıq formatı yaratmışdır.
    Bu gün Azərbaycan qətiyyətlə çalışır ki, bütövlükdə regionda davamlı şəkildə beynəlxalq sülh və təhlükəsizlik rejimi bərqərar olunsun. Bu ölkəmizin gündəliyində duran ən mühüm məsələlərdən biridir və hamı üçün faydalı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR