Fələstin İsrailin Qəzza zolağına hücumlarını və artan gərginliyi müzakirə etmək üçün Ərəb Liqasını nazirlər səviyyəsində fövqəladə toplantıya çağırdı.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Fələstinin daimi nümayəndəsi Ərəb Liqasını təcili iclas etməyə çağırır. Görüş çağırışı İsrailin Fələstin xalqına qarşı zorakılıqlarını artırması səbəbindən edilir”.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 256 nəfərin həyatını itirdiyini, 1788 adamın isə yaralandığını bildirib.
İsrail mətbuatı da hücumlarda 300 israillinin öldüyünü, 1864 nəfərin yaralandığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.