AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti: Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb

  • + A
  • - A
  • 8-10-2023, 20:46

    Azərbaycan Prezidenti: Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb


    Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

    Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən dövlət başçısı vurğulayıb: “Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və maraqlarımızı əks etdirən müəyyən məsələlərdə bir-birimizə yaxınıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması yolverilməzdir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR