Mühasirəyə alınan Qəzza zolağından başlayan hücumlardan sonra İsraildə müharibə vəziyyəti elan edilib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, İsrail Baş Nazirliyi Mətbuat Xidmətinin verdiyi məlumata görə, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, Baş Qərargah rəisi Herzi Halevi, kəşfiyyat və təhlükəsizlik rəsmiləri fözqəladə iclas keçiriblər.
Belə ki, toplantıdan sonra ölkədə “Müharibə vəziyyəti” elan edilib və böyük hərbi əməliyyatlar təsdiqlənib.
Məlumatda yazılır: “Qəzza zolağından törədilən qanlı terror hücumu İsraili müharibəyə məcbur etdi. Müharibə 7 oktyabr 2023-cü il səhər saat 06:00-da başlayıb”.
Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.