İsrail HƏMAS-la sülhün əldə olunmasını müzakirə etmək niyyətində deyil.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan məlumat verib. Belə ki, Erdan bildirib ki, məqsəd bu hərəkatı məhv etməkdir. Həmçinin "Onlarla danışıq dövrü bitdi. HƏMAS-ın terror infrastrukturunu məhv etməyin, onu yür üzündən tam silməyin vaxtı çatıb", - deyə o deyib. Bundan əlavə, Qilad Erdan bildirib ki, ölkəsi müharibə vəziyyətindədir.
Qeyd edək ki, "Qəzzada vətəndaşlarımız girov saxlanılır, şəhərlərə raket hücumları davam edir. Biz bütün diqqətimizi vətəndaşlarımızın təhlükəsizliyinə yönəltmişik", - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.