ABŞ Dövlət katibi Entoni Blinken bəzi ərəb dövlətlərini İsrailə hücumu pisləməyə inandırmağa çalışsa da, buna nail olmayıb. Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV amerikalı məmura istinadən məlumat yayıb. Belə ki, həmin məlumata görə, Blinken İsraillə sülh sazişi bağlamış ərəb ölkələrinin bir neçə xarici işlər naziri ilə danışıb və onlardan HƏMAS-ın hücumunu pisləməyi xahiş edib. Lakin onlar bunu qəbul etməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.