ABŞ-ın vitse-prezidenti Kamala Harris "Həmas"ın İsrailə qarşı hücumlarını pisləyib və İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlı olduqlarını bildirib.
Azadmedia.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Harris İsrail prezidenti İsak Hersoqla telefonla danışıb.
Belə ki, telefon danışığı zamanı Harris özü və həyat yoldaşı adından "Həmas"ın hücumlarından zərər çəkən hər kəsə təcili şəfa diləyib, həyatını itirənlər üçün isə başsağlığı verib. Həmçinin "Dəhşətli və misli görülməmiş" hücumları pisləyən Harris "bu cür terror hücumlarına heç vaxt bəraət qazandıra bilməyəcəyini" deyib.
Qeyd edək ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təkrarlayan Harris ölkəsinin İsrailə lazımi dəstəyi verməkdə qərarlı olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.