AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suriya və İraqda 150-dən çox terrorçu zərərsizləşdirilib - Türkiyə müdafiə naziri

  • + A
  • - A
  • 9-10-2023, 14:43

    Suriya və İraqda 150-dən çox terrorçu zərərsizləşdirilib -


    Oktyabrın 1-dən 8-dək İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hərtərəfli hava əməliyyatlarında 150-dən çox terrorçu zərərsizləşdirilib.

    Bu barədə milli müdafiə naziri Yaşar Gülər ​​İstanbulda Milli Müdafiə Universitetinin 2023-2024-cü tədris ilinin açılış mərasimindəki çıxışında terrorla mübarizəyə toxunarkən deyib.

    Nazir Gülər indiyə qədər olduğu kimi bundan sonra da terrorla mübarizəni təsirli şəkildə və güclü təzyiqlə davam etdirəcəklərini bildirib.

    Y.Gülər ​​bu çərçivədə 1-3-4 oktyabr tarixlərində İraqın şimalında, 5-6 və 8 oktyabr tarixlərində isə Suriyanın şimalında qurudan atəş dəstəyi maşınlarından istifadə edərək terrorçu hədəflərə qarşı təsirli və əhatəli hava əməliyyatları həyata keçirdiklərini bildirib.

    "Uğurla həyata keçirilən bu əməliyyatlarda terror təşkilatına məxsus bir çox hədəf, o cümlədən gəlir mənbələri və təşkilatın istifadə etdiyi obyektlər tam dəqiqliklə məhv edilib, 150-dən çox terrorçu zərərsizləşdirilib. Bir daha vurğulamaq istərdim ki, PKK/KCK, PYD/YPG-nin Suriya və İraqdakı bütün obyektləri və fəaliyyətləri qanuni hədəfimizdir. Ölkəmizin qanuni maraqlarına və təhlükəsizliyinə yönəlmiş bütün tədbirləri çəkinmədən və qətiyyətlə həyata keçirəcəyik. Terrorla mübarizəmiz bu coğrafiyadan qanlı terrorçular yox olana qədər əzm və qətiyyətlə davam edəcəkdir”, -deyə Yaşar Gülər qeyd edib. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR