İsrail və HƏMAS arasında münaqişə davam edərkən, bir çox beynəlxalq hava yolu şirkəti Tel-Əvivə uçuşları dayandırdıqlarını açıqladı.
Azadmedia.az xəbər verir ki, İsrail Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları tərəfindən İsrail qəsəbəsinə qarşı həyata keçirilən "Əqsa daşqın əməliyyatı"na "Dəmir Qılınclar Əməliyyatı" ilə cavab verib. Hücumlarında can itkisi artmaqda davam edərkən, Əl-Qəssam Briqadaları İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion hava limanına hücum həyata keçirdiklərini açıqlayıb. Hava limanına hücum hələ təsdiqlənməsə də, bir çox aviaşirkət uçuşları dayandırmaq qərarına gəlib. Hava yolları təhlükəsizlik şərtləri normallaşana qədər uçuşların dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, ABŞ United Airlines, Delta Air Lines, American Airlines və Air France təhlükəsizlik səbəbiylə uçuşları dayandırdıqlarını açıqladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.