HƏMAS-ın yaraqlı qanadı İzəddin əl-Qasim Briqadaları İsrailin Ben Qurion Beynəlxalq Hava Limanına raket zərbələri endiriblər. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə fələstinli radikallar öz Telegram kanallarında məlumat veriblər.
İzəddin əl-Qasim Briqadaları davam edən cinayətlərə və yaşayış binalarına hücumlara cavab olaraq Ben Qurion hava limanına raket zərbələri endiriblər”, - radikalların bəyanatında deyilir.
Bundan əvvəl “Əl-Ərəbiyyə” telekanalı fələstinli qruplaşmaların Təl-Əvivə və mərkəzi İsrailə raket yaylım atəşi açdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.