“İsrailin “Həmas” hücumlarına cavabı Yaxın Şərqi dəyişmək olacaq”, bu sözlər İsrailin baş naziri Benyamin Netanyahuya aiddir.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Həmas”ın əməliyyat apardığı cənub şəhərlərinin bələdiyyə sədrlərini qəbul edən Netanyahu “İsrailin “Həmas” hücumlarına cavabı Yaxın Şərqi dəyişmək olacaq” deyib. Belə ki, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini və bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib.
Həmçinin İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Y.Qalant İsrail ordusunun Cənub Komandanlığında əməliyyat şəraitinin qiymətləndirilməsində iştirak edib. Qeyd edək ki, Orduya təlimat verən nazir deyib: "Qəzza tamamilə blokadaya alınacaq. Elektrik, qida və yanacaq verilməyəcək… Biz insanabənzər heyvanlarla mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.