AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarşımızda HƏMAS-ın müharibənin sonunda heç bir hərbi imkana malik olmamasını təmin etmək vəzifəsi durur - Conatan Konrikus

  • + A
  • - A
  • 10-10-2023, 13:01


    Qarşımızda HƏMAS-ın müharibənin sonunda heç bir hərbi imkana malik olmamasını təmin etmək vəzifəsi durur -


    İsrail Müdafiə Qüvvələri HƏMAS-ı müharibənin sonuna qədər hərbi potensialından tamamilə məhrum etməyi hədəfləyir. Azadmedia.az xəbər verir ki,
    bunu İsrail ordusnun beynəlxalq nümayəndəsi polkovnik-leytenant Conatan Konrikus deyib.
    “HƏMAS silahlıları dinc əhalini, əsgərləri öldürmək üçün cənub sərhədini pozmağa cəhd ediblər. Buna cavab olaraq İsrail qüvvələrin sayını artırıb və müdafiə sistemlərinin yenidən qurulması üzərində işləyərkən hava zərbələri endirməyə davam edir. Qarşımızda HƏMAS-ın müharibənin sonunda heç bir hərbi imkana malik olmamasını təmin etmək vəzifəsi durur. Buna nail olunacaq. Bu tapşırığı necə həyata keçirəcəyimiz görünəcək. Amma indiki mərhələdə biz hava zərbələri endirməyə davam edirik. Və təbii ki, zərbələri genişləndirmək planları var. Cənub sərhədində cəmləşən qoşunlar, ehtiyatda olanlar və nizami qüvvələr öz tapşırıqlarını yerinə yetirməyə hazırlaşır”, - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR