"Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal olunmalıdır".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov deyib.
Deputat qeyd edib ki, İtaliyada belə bir praktika var ki: "Orada "Dolce Gabanna” brendinin çox ucuz qiymətə alış-veriş çantası istehsal edilir. Xanımlar onu götürüb mağazalara alış-verişə gedirlər. Bu, böyük bir praktikadır. Digər təklifim odur ki, istifadə edilmiş polietilen torbaları yığmaq üçün tullantı yerlərində xüsusi bir hissə olmalıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.