HƏMAS üzünmüddətli müharibə ssenarisinə hazırdır.
Azadmedia.az xəbər verir ki, bunu HƏMAS-ın mühacirətdə olan yüksək rütbəli rəsmisi Əli Barake deyib. Belə ki, “HƏMAS İsraillə uzun müddət müharibə aparmağa hazırdır və uzun müddətə çatacaq raket arsenalına malikdir”, - deyə Barake bildirib.
Həmçinin onun sözlərinə görə, girov götürülən şəxslər İsrail və ABŞ həbsxanalarında saxlanılan fələstinliləri azad etmək üçün istifadə olunacaq:
“Biz bu müharibəyə yaxşı hazırlaşmışıq və bütün ssenarilərə, hətta uzun müharibə ssenarisinə hazırıq. Qəzza zolağında təcavüz dayanmasa, biz sionist varlığın həyatına son qoyacağıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.