Fransız ordusunun ilk bölmələri Nigeri tərk edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, “Hərbçilərin ilk bölmələri çıxarıldı”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, fransız hərbçilərin çıxarılması plan üzrə gedir və koordinasiya davam edir.
Qeyd edək ki, hal-hazırda Nigerdə 1400 fransız hərbçisi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.