AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Bakıda Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

  • + A
  • - A
  • 10-10-2023, 21:11

    Prezident İlham Əliyev Bakıda Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

    "Müxtəlif sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının geniş spektri məsələləri müzakirə edilib. Görüşdə regional və beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi və möhkəmləndirilməsi ilə bağlı mövzular müzakirə edilib", - mətbuat xidmətinin məlumatında deyilir.

    Çərşənbə axşamı səhər saatlarında Rusiya Təhlükəsizlik Şurası Patruşevin təhlükəsizlik məsələləri üzrə planlaşdırılmış Rusiya-Azərbaycan məsləhətləşmələri aparmaq üçün Bakıya uçduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR