İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər naziri Sergey Lavrovla İsrail-Fələstin münaqişəsi ilə bağlı məsləhətləşmələr aparıb. Azadmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi İran mətbuatına istinadən məlumat yayıb. Həmçinin İran XİN başçısı Misir və Küveytdən olan həmkarları - Sameh Şükri və Şeyx Salem Abdullah əl-Cabir əs-Sabah ilə Fələstində baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparıb.
Qeyd edək ki, nazir bildirib ki, ölkəsi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə razılaşdırılmış şəkildə Qəzza zolağına su və ərzaq da daxil olmaqla təcili tibbi və humanitar yardım göndərməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.