AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev bütün Cənubi Qafqaz xalqlarının rifahı naminə səylərini davam etdirir - Özəl

  • + A
  • - A
  • 11-10-2023, 10:43

    Prezident İlham Əliyev bütün Cənubi Qafqaz xalqlarının rifahı naminə səylərini davam etdirir -


    Bakı, 11 oktyabr — Azadmedia.az
    Prezident İlham Əliyev bütün Cənubi Qafqaz xalqlarının rifahı naminə səylərini davam etdirir.


    Azərbaycan və Gürcüstan iki qonşu dövlət və strateji tərəfdaş ölkələr olaraq bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Qeyd olunmalıdır ki, bu əlaqələr ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Eyni zamanda deyə bilərik ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri və töhfələri xüsusilə böyükdür. Bu fakt öz əksini dövlət başçımızın oktyabrın 8-də Gürcüstana növbəti işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri cənab İrakli Qaribaşvilinin mətbuata bəyanatla çıxışında da öz təsdiqini tapıb. Məlumdur ki, Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsində və möhkəmlənməsində bu iki qonşu respublikaya həm sovet dönəmində, həm də müstəqillik illərində rəhbərlik etmiş Heydər Əliyev və Eduard Şevardnadzenin arasında mövcud olmuş şəxsi münasibətlərin müstəsna rolu olmuşdur. Bu iki dahi şəxsiyyət təxminən eyni vaxtda müstəqil Azərbaycana və müstəqil Gürcüstana rəhbərlik etməyə başlayaraq, ən ağır dövrdə bu iki ölkəni inamla müstəqilliyə doğru aparmış və inkişaf yoluna çıxarmağa nail olmuşlar.
    Demək lazımdır ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri mühüm regional və qlobal əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişafında bütün Avropa İttifaqı ölkələrinin maraqlı olduğu danılmaz faktdır. Birmənalı olaraq deyə bilərik ki, cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına yeni dinamika verməklə, Avropanın enerji təhlükəsizliyi məsələsinə də önəmli töhfə olacaq. Dövlət başçımızın Tbilisidə mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı bir daha diqqət mərkəzinə çəkərək vurğuladı ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xatırlamaq yerinə düşər ki, ötən ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum da Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsini şərt olaraq ortaya qoyur. Memorandumun müddəaları növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracağını nəzərdə tutur. Azərbaycanın Avropaya təkcə qaz ixracatı 2027-ci ildə 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, növbəti ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaq. Həmçinin neft və qaz kəmərlərindən başqa Azərbaycandan Avropaya elektrik enerjisinin ixrac istiqaməti də məhz Gürcüstandan keçir. Beləliklə, Azərbaycan-Gürcüstan əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb etməklə bütün Avropa İttifaqı ölkələrinin maraqları baxımından böyük önəm kəsb edir.
    Bütün bunlarla yanaşı iqtisadi inkişafın bütün Cənubi Qafqaz regionuna sirayət etməsi üçün bu bölgədə dayanıqlı sülhün bərqərar olması vacib şərtdir. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Məhz bu şərtlər daxilində bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olunarsa, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Bundan sonra Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələrdə əhəmiyyətli uğurlar əldə edə bilərlər.
    Həmçinin cənab Prezident İlham Əliyev Gürcüstanda tam bərqərar olmuş ictimai-siyasi sabitlik amilini də yüksək qiymətləndirmiş və bu sabitliyin əsas mənbəyinin Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyi olduğunu bildirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu sabitlik və hökumətin gələcəyə yönəlmiş aydın baxışları dost ölkəyə bir çox önəmli layihələri icra etməyə, iqtisadiyyatını gücləndirməyə və insanların rifah halını ildən-ilə yaxşılaşmasını təmin etməyə imkan verir.

    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR