AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhlizə çalışır - OCHA

  • + A
  • - A
  • 11-10-2023, 14:13

    ABŞ vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhlizə çalışır -



    Amerika Birləşmiş Ştatlarının Qəzza zolağından fələstinlilərin və ABŞ vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhlizi yaratmağa görə digər ölkələrlə işlədiyi bildirilib.

    Azadmedia.az TRT-yə istinadla xəbərinə görə, Vaşinqton administrasiyası Fələstinlilərin və ABŞ vətəndaşlarının Qəzza zolağından çıxarılması üçün son 24 saat ərzində digər ölkələrlə koordinasiyalı şəkildə Misir üzərindən humanitar dəhliz yaradılması üçün hazırlıqlara başlayıb.

    Belə ki, həmin hazırlıqlar İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə bağlı proqnozların artdığı bir vaxta təsadüf edib.

    Həmçinin xəbərdə Qəzza zolağından təxliyəsinə icazə veriləcək fələstinlilərin kimlər olduğu və ya Misirdən sonra hara məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib.

    Bundan əlavə, ABŞ-ın İsraildəki səfirliyinin rəsmisi KAN-a açıqlamasında deyib: “Mən misirlilər adından danışa bilmərəm, lakin buna icazə verəcəklərinə əminəm”.

    Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama verilməyib.

    Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Koordinasiya Ofisi (OCHA) İsrailin hava hücumlarından sonra bölgədəki humanitar vəziyyətlə bağlı yazılı açıqlama verib.
    Qeyd edək ki, açıqlamada “Qəzzada 263 934-dən çox insanın evlərini tərk etdiyi güman edilir” ifadəsi işlədilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR