İsraildəki xarici ölkə vətəndaşları təhlükəsizlik səbəbindən təxliyə edilir.
Bir çox ölkələr öz vətəndaşlarını İsraildən çıxarmaq üçün təxliyə prosesini davam etdirir.
Almaniya öz vətəndaşlarını İsraildən təxliyə etməyə hazırlaşır. Almaniyanın ''Lufthansa'' aviaşirkətinin İsrailə 4 uçuş həyata keçirəcəyi bildirilir.
Yunanıstan İsraildəki daha 90 vətəndaşını təxliyə etdiyini açıqlayıb.
Braziliya prezidenti Lula da Silva təxliyə üçün göndərilən ilk təyyarənin Təl-Əvivə eniş etdiyini açıqlayıb.
Argentina öz vətəndaşlarının İsraildən təxliyə edilmə məsələsini nəzərdən keçirir. Argentina rəsmiləri vətəndaşlarının İsraildən təxliyə edilməsi üçün müxtəlif danışıqlar apardıqlarını bildiriblər.
Kolumbiya da vətəndaşlarını təxliyə etmək üçün İsrailə hərbi təyyarə göndərəcəyini açıqlayıb.
İtaliya öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıb və ilk mərhələdə 200 nəfər paytaxt Romaya çatıb.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.