Tanınmış meyxanaçı və şair Nizami Rəmzinin qızı narkotik asılılığından əziyyət çəkir.
Bu barədə bloqer Nail Kəmərli videoçarx hazırlayıb.
Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda yaşayan Reyhan Nizami Rəmzinin qızı olmasını gizlətməyib. O, atasının adının bu kimi məsələlərdə çəkilməsini istəmədiyini deyib.
Bildirilib ki, tanınmış meyxanaçının qızı gündəlik plastik əşya, metal tullantı toplayıb satmaqla pul qazanır. Qadının daha əvvəl müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.