Cənubi Sudan səlahiyyətlilərinin tələbi çərçivəsində Türkiyə 2018-ci ildə qəbul edilən razılaşma ilə başlayan Cənubi Sudan Sülh Prosesinə töhfə olaraq yeni yaradılan Birləşmiş Orduya 75 min hərbi forma və müvafiq material yardımı edib. Azadmedia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cənubi Sudan Müdafiə Nazirliyində təşkil edilən mərasimdə Türkiyənin Kubadakı səfiri Erdem Mutaf Cənubi Sudan rəsmilərinə 75 min hərbi geyim forması və müvafiq material təhvil verib.
Qeyd edək ki, mərasimdə çıxış edən Cənubi Sudan rəsmiləri Türkiyə Cümhuriyyətinin Birləşmiş Orduya verdiyi dəstəkdən məmnunluqlarını ifadə edərək, türk xalqına, Türkiyə hökumətinə və Milli Müdafiə Nazirliyinə təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.