"Həmas"ın siyasi bürosunun sədri İsmayıl Haniyə Ərəb Liqası və ərəb ölkələrinin liderlərinə ünvanladığı mesajda “Fələstin xalqının hüquqlarını dəstəkləməyə” çağırıb.
Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, "Həmas"ın verdiyi bəyanata görə, Haniyə Ərəb Liqasının baş katibi Əhməd Əbu Qaytə və ərəb ölkələrinin liderlərinə mesaj ünvanlayıb.
Belə ki, mesajda deyilib: “Biz ərəb ölkələrimizi xalqımızın işğala qarşı müqavimət hüququnu, azadlıq və müstəqillik hüququnu qoruyan qərarlar qəbul etməyə və Qəzza zolağındakı xalqımıza dəstək üçün vəsait ayırmağa çağırırıq".
"1948-ci ildən bəri sionist işğalçı liderlərin ciddi pozuntuları və hücumları ilə üzləşdiklərini” qeyd edən Haniye İsrailin didərgin salma, müqəddəs yerlərə hücum və qətllər kimi hərəkətlərini xatırladıb.
Həmçinin Haniyə bildirib ki, "Həmas" dəfələrlə İsrail işğalının qarşısını almağa çağırıb:
"Həmas" bütün tərəfləri beynəlxalq hüququn bütün qaydalarını tapdalayan bu pozuntuları dayandırmaq üçün İsrailə təcili təzyiq göstərməyə çağırıb”.
Belə ki, Ərəb və müsəlman ölkələrinin İsrailin hücumlarına qarşı Fələstinin yanında olmasını istəyən Haniyə Fələstin xalqına dəstək və həmrəylik üçün təcili hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, "(İsrail) Ordusunun hərbi qarşıdurmada uğursuzluğa düçar olması və müqavimət hücumları qarşısında süqut etməsindən sonra düşmən ən dəhşətli qırğınları törətməkdə davam edir, günahsız insanların evlərini, ibadət yerlərini, uşaqları, qadınları, qocaları qətlə yetirir", - deyə o, bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.