AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin siyası irsi milli dövlətçiliyin təməlidir

  • + A
  • - A
  • 11-10-2023, 15:45

    Ulu Öndər Heydər Əliyevin siyası irsi  milli dövlətçiliyin təməlidir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycanın siyasi tarixində dərin izlər qoymuş, dövlətçilik nəzəriyyəsi və praktikasını əhəmiyytəli dərəcədə zənginləşdirən Ümummilli Lider Heydər Əliyevin siyası irsi uzun illər tədqiqat predmeti olacaq. Beynəlxalq dövlətlərarası münasibətlərin ən ciddi problemlərinin həllinə yanaşmada Heydər Əliyevin təcrübəsinə hər zaman müraciət etmək faydalı olur.
    Müasir şəraitdə 30 ilə yaxın müddətdə ölkəmizin üzləşdiyi Qarabağ probleminin həllinin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur.
    Hələ 1996-cı ilin 16 dekabr tarixində sərhəd qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Heydər Əliyev demişdir ki, “beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi - bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır”. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Nəzərə almaq lazımdır ki, post-münaqişə dövründə həmin məsələlərin həlli üçün qüvvədə olan beynəlxalq hüququn dəqiq yanaşması mövcuddur. Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq hüquqda təşəkkül tapmış “uti possidetis juris” prinsipinə əsasən, keçmiş müttəfiq respublikaların inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir.
    Bu yanaşma heç bir halda mübahisələndirilə və ya inkar edilə bilməz və beynəlxalq müqavilə hüququ təcrübəsində birmənalı təsdiq olunur.
    8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata bəyannaməsinin ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cü və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərcivəsində mövcud olan sərhədlərin toxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit etmişdir.
    1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində Avropa Birliyi tərəfindən qəbul edilmiş “Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınması üzrə Prinsiplər” bəyannaməsində göstərilmişdir ki, Avropa İttifaqı və üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin töxunulmazlığını rəhbər tutur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sənəddə birliyin üzv-dövlətlərinin ümumi mövqeyi təsdiq edilərək, təşkilat tərəfindən 1975-ci il tarixli Helsinki Yekun Aktına və 1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına sadiqlik təsdiq olunmuşdur.
    Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənəcək. Burada bir daha Ülu Öndərin tarixi sözləri yada düşür: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik”.
    Ümummilli Liderin siyasi kursunu böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha sübut etdi ki, Azərbaycan Respublikası heç zaman öz haqlı mövqelərindən çəkilməyən bir dövlətdir, istər diplomatik müstəvidə, danışıqlar masası arxasında, istərsə də döyüş meydanında öz milli maraqlarını qətiyyətli şəkildə qorumağa qadirdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR