Azərbaycanın İsraildəki səfirliyi İsrail ərazisində yerləşən həmvətənlərinə müraciət edib.
“İsraildə hərbi vəziyyətlə əlaqədar olaraq həmvətənlərimizə ölkə daxilində səyahət etməməyi (xüsusən də cənub və şimal bölgələrinə) tövsiyə edirik və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi əməl etsinlər”, - deyə sosial şəbəkədə dərc olunan müraciətdə deyilir.
Azadmedia.az xatırladır ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS silahlıları daha sonra İsrailin cənubundakı sərhəd bölgələrinə sızıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.