Kanada Cənubi Amerika ölkələri Kolumbiya, Haiti və Venesueladan bu ilin sonuna qədər 15 min immiqrant qəbul edəcəyini açıqlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın vətəndaşlıq və immiqrasiya naziri Marc Miller məlumat verib.
Belə ki, bu ölkələrdən ixtisaslı immiqrasiya statusu almaq üçün müraciət edən şəxslərin “İqtisadi hərəkətlilik yolları'' layihəsi çərçivəsində iş qabiliyyətinin qiymətləndirilməsinə məruz qalacağını qeyd edən Miller qəbul edilənlərin müxtəlif təşkilatlara göndəriləcəyini bildirdi. Həmçinin Miller qeyd edib ki, payızdan etibarən Karib hövzəsi, Mərkəzi və Cənubi Amerikada yaşayan Kolumbiya, Haiti və Venesuela vətəndaşları Kanadada yaşamaq üçün müraciət edə biləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.