Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana səfər edir.
Bu barədə "Kıbrıs Postası" yazıb.
Səfər zamanı onu baş nazir Ünal Üstel də müşayiət edəcək. 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn Tatar "Kipr Türk Tanıtım Günü" adlı tədbirdə iştirak edəcək.
Səfərdən öncə hava limanında açıqlama verən ŞKTR prezidenti Azərbaycanla əlaqələri təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində inkişaf etdirməyi səfərin məqsədləri arasında sadalayıb: "ŞKTR bayrağı Azərbaycanda dalğalanacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.