İsrail Azərbaycan vətəndaşlarının Bakıya təxliyəsi üçün aviareys təşkil edib.Oktyabrın 15-də “İsrair” aviaşirkəti Təl-Əvivdən Bakıya reys həyata keçirəcək. Səfirlikdən bildirilib ki, biletlər artıq satışdadır.
Səfirlik həmçinin İsraildəki Azərbaycan vətəndaşlarına ölkə daxilində səyahətdən çəkinməyi tövsiyə edib.
“İsraildə hərbi vəziyyətlə əlaqədar olaraq, həmvətənlərimizə ölkə daxilində səyahət etməməyi (xüsusən də cənub və şimaldakı ərazilərə) tövsiyə edirik və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi əməl etsinlər”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.