Şəhid ailələri Azərbaycan Prezidenti İlham Əliyevə ali mükafatın verilməsi arzu və təkliflərini bildiriblər. Bu təşəbbüs Azərbaycan parlamentində dəstəklənib. Bunu Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar iclasında deputat Ceyhun Məmmədov deyib.
Parlamentin növbədənkənar iclasında deputatların qeyd etdiyi kimi, Azərbaycan hazırda öz tarixinin ən şərəfli dövrünü yaşayır. Ölkə bu uğurları və qələbələri Azərbaycan lideri İlham Əliyevin uzaqgörən siyasəti və mahir diplomatiyası sayəsində əldə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.