Latviya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsini - Vientuli və Pededzeni bağlamaq qərarına gəlib. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, Qətnamə layihəsini hazırlayan Latviya Daxili İşlər Nazirliyi bildirib ki, Vientuli Latviya-Rusiya sərhədində ən aşağı keçid qabiliyyətinə malik sərhəd nəzarət məntəqəsidir. Qeyd olunub ki, Latviya Xarici İşlər Nazirliyi qərarla bağlı Rusiyanı məlumatlandıracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.