NATO baş katibi Yens Stoltenberq müavini general Tom Qofusu alyans tarixində ilk terrorla mübarizə üzrə xüsusi koordinatoru təyin edib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Yens Stoltenberq terrorun birbaşa alyansa yönələn asimmetrik təhdidlərdən biri olaraq qaldığını bildirib. Belə ki, Stoltenberq qeyd edib ki, NATO baş katibinin müavini Tom Qofusu terrorla mübarizə üzrə xüsusi koordinator vəzifəsinə təyin edib.
Həmçinin “Tom Qofus NATO-nun terrora qarşı cavabının güclü, effektiv və ardıcıl olmasını təmin edəcək”, - deyə Yens Stoltenberq deyib. Bundan əlavə, Qofus 2022-ci ilin yanvar ayından NATO baş katibinin müavini vəzifəsini icra edir.
Qeyd edək ki, Qofus NATO-dakı vəzifəsindən əvvəl ABŞ Senatında və Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2022-ci ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində alyansın baş katibinin terrorla mübarizə üzrə xüsusi koordinatoru postunun yaradılacağı açıqlanıb.
NATO-nun baş katibi Yans Stoltenberq Vilnüsdəki samitdə verdiyi açıqlamada bu ifadlərə yer verib: "Terrorla mübarizə üzrə xüsusi koordinator terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyənin istəyi idi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.