AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə edib - Human Rights Watch

  • + A
  • - A
  • 13-10-2023, 21:28

    İsrail Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə edib -


    "Human Rights Watch" (HRW) İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə etdiyini açıqlayıb.

    HRW-nin sosial media platforması "X" hesabında edilən paylaşımda "İsrail Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə edərək, mülki vətəndaşları ciddi və uzunmüddətli yaralanma riski ilə üz-üzə qoydu" deyilib.

    Açıqlamada ağ fosforun dözülməz yanıqlara səbəb olduğu və evləri yandıra biləcəyi xatırladılıb və əhalinin sıx məskunlaşdığı yerlərdə ağ fosfordan istifadənin qanuna zidd olduğu vurğulanıb.

    Fələstin Xarici İşlər Nazirliyinin "X" sosial media platformasında edilən paylaşımda "İşğalçı İsrail fələstinlilərə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfordan istifadə edir" deyilib.

    Qeyd edək ki, Livan Hizbullahı sərhədin cənubundakı Dahayra qəsəbəsi ilə üzbəüz yerləşən İsrail hərbi mövqeyinin raketlərlə hədəf alındığını açıqlayıb.

    Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, raketin atılmasından qısa müddət sonra Dahayra ətrafının artilleriya atəşi ilə, Yarin qəsəbəsi ətrafının isə fosfor bombaları ilə hədəfə alındığı bildirilib. Trt


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR