AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə ADA Universitetində görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 13-10-2023, 21:42

    Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə ADA Universitetində görüş keçirilib -


    Bakı, 13 oktyabr — Azadmedia.az


    Oktyabrın 13-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın tələbələrlə görüşü keçirilib. Azadmedia.az xəbər verir ki, tədbirdə Şimali Kipr prezidentinin nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ADA Universitetinin rektoru Hafiz Paşayev, türk iş adamları, tələbələr və media nümayəndələri iştirak ediblər.

    Belə ki, tədbiri giriş nitqi ilə açan universitetin rektoru Hafiz Paşayev qonağı salamlayıb. Daha sonra çıxış edən Ersin Tatar qardaş ölkə Azərbaycanla siyasi, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb. Onun sözlərinə görə, Şimali Kipr və Azərbaycanın xalqları oxşar taleləri yaşayıblar. Qeyd edib ki, Azərbaycanla eyni millətin övladları olan Şimali Kipr türklərinin kədəri və sevinci birdir. Ölkəsinin ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin də təhsil aldığını vurğulayan Ersin Tatar bu sahədə əməkdaşlığın gücləndirilməsi niyyətində olduğunu qeyd edib.

    Sonda Şimali Kiprin lideri tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.












    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR