AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Masallı rayon təşkilatı “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib - FOTOLAR

  • + A
  • - A
  • 13-10-2023, 22:42

    YAP Masallı rayon təşkilatı “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib -


    Masallı, 13 oktyabr — Azadmedia.az


    “Heydər Əliyev İli” ilə bağlı Respublikamızda keçirilən tədbirlər davam edir.

    Bugün Masallı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkil etdiyi Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar tədbir keçirilib.


    Azadmedia.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin rəhbəri Araz Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və media nümayəndələri iştirak ediblər.


    Belə ki, iştirakçılar tədbirdən öncə Mərkəzin həyətində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünün qarşısında gül dəstələri düzərək xoş xatirəsini yad ediblər.

    Daha sonra Masallı rayon Şəhidlərinin xatirəsinə inşa edilmiş Qəhrəmanlar Parkında “Dəmir Yumruq” abidəsi önündə Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.


    Rayon rəhbəri Araz Əhmədov çıxışında
    , Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə gördüyü işlərdən, onun təsis etdiyi Yeni Azərbaycan Partiyasının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsindən söz açıb.


    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev vurğulayıb ki,
    Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. S. Əliyev, Ulu Öndərin zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs edib.


    Deputat Məşhur Məmmədov,
    Ümummilli lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, ölkəmizin hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Deputat Məmmədov qeyd edib ki, Ulu Öndərin mənalı ömür yolunun hər səhifəsi bugünkü və gələcək nəsillərə örnək olmaqla bərabər, unudulmaz tarixdir.

    Çıxış edən digər deputatlar, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş işlərdən, həyata keçirilən islahatlardan danışıblar.
    Bütün bunlarla yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanıb, 44 günlük Zəfər Tariximizin unudulmaz təəssüratları xatırlanıb.

    Sonda rayonun ictimai-siyasi işlərində fərqlənənlərə “Təşəkkürnamə”lər təqdim edilib.


    Ülkər Piriyeva










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR