AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın suverenliyinin tam bərpası beynəlxalq hüququn və ədalətin təntənəsidir

  • + A
  • - A
  • 13-10-2023, 21:30

    Azərbaycanın suverenliyinin tam bərpası beynəlxalq hüququn və ədalətin təntənəsidir


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda qeyd etmişdir ki, xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
    Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin təntənəsidir.
    Uzun müddət ərzində dövlətimiz tarixə qovuşmuş silahlı münaqişənin həll edilməsində diplomatik, dinc vasitələrə üstünlük verirdi. Təəssüf ki, bunun əksinə olaraq mənfur qonşularımız sil-silə təxribatlar törədərək hətta ölkəmizi yeni müharibə ilə hədələyirdi. Beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistana qarşı zəruri sanksiyalar, embarqolar tətbiq etmək əvəzinə, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq təşkilatlar fəaliyyət qabiliyyətsizliyi nümayış etdirərək ikili standartlar sərgiləyirdilər. Bu cür şəraitdə Azərbaycan Ordusu özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü və suverenliyimizi döyüş meydanında bərpa etdi.
    Xatırlatmaq istərdim ki, BMT-nin təsis sənədinin 51-ci maddəsinə uyğun olaraq, Təşkilatın üzvünə qarşı hücüm baş verdikdə Nizamnamə heç bir halda ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna təsir etmir. Həmçinin BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan və 1-ci oxunuşda qəbul edilən “Beynəlxalq-hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr Layihəsinin” 21-ci maddəsinə görə “Dövlətin əməli Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun qəbul edilmiş qanuni özünümüdafiə vasitəsi olduqda, həmin əməlin hüquqa zidd olması istisna edilir”.
    44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə edilməsi və lokal antiterror tədbirlərinin uğurla həyata keçirilməsi Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar yaratmışdır və dövlətimiz dayanmadan regionun beynəlxalq statusunu artıran irimiqyaslı layihələri həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR