İsrail döyüş təyyarələrinin mühasirə altındakı Qəzza zolağındakı evlərini tərk edənlərin karvanını bombalaması nəticəsində ilkin məlumatlara görə 70 nəfər həyatını itirib. Azadmedia.az xarici KİV-ə istinadən bildir ki, Qəzza Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, İsrailin hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər İsrail döyüş təyyarələrinin hədəfinə çevrilib. Belə ki, Hücum nəticəsində 70 nəfər ölüb, 200 nəfər də yaralanıb. Qeyd edək ki, ''Sərhədsiz həkimlər'' təşkilatı Əl-Avda xəstəxanasının təxliyə edildiyini və yaxın saatlarda buranın da İsrail qüvvələri tərəfindən vurula biləcəyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.