İsrail döyüş təyyarələrinin Qəzza zolağının müxtəlif bölgələrinə gecə boyu endirdiyi hava zərbələri nəticəsində 24 nəfər həyatını itirib.
Qəzzadakı xəstəxanalar və təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzzanın Misir sərhədinə yaxın Rafah şəhərində Əbu Hilal ailəsinin evinə təşkil etdiyi hava hücumu nəticəsində ailənin 18 üzvü həyatını itirib.
Hücum zamanı dağılan evin altından çıxarılan yaralılara tibbi yardım göstərilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, şəhərin şimal bölgələrindəki Beyt Lahye bölgəsində bəzi ailələrin evlərinin havadan bombalanması nəticəsində 1 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
Qəzzanın cənubundakı Xan Yunus şəhərində yerləşən Əbul Əmrayn ailəsinə məxsus evin döyüş təyyarələrindən atılan raketlə vurulması nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
İsrailin hava hücumlarına cavab olaraq Qəzzadan raketlər atılıb.
Qəzza zolağındakı xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzzanın şərqindəki Şucaiyye rayonunda Harare ailəsinin evini hədəf alması nəticəsində 7 nəfər yaralanıb. Eyni bölgədə "Həmas"ın qurucularından biri, Siyasi Büro üzvü Rəvhi Muştehanın evinə də analoji hava hücumu həyata keçirilib.
Bu gecə hava hücumları xüsusilə intensiv olsa da, səhər saat 05.38-dən etibarən şəhərin bir çox yerində bombardmanlar fasiləsiz olaraq davam edib.
Bölgədə yaşayan şahidlərin sözlərinə görə, şəhərin şimalındakı Beyt Hanun qəsəbəsinin bələdiyyə ərazisində, Karaman və Naayma küçələrindəki binalara 60-dan çox hava hücumu həyata keçirilib və bombardman nəticəsində evlərə və infrastruktura ciddi ziyan deyib.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.